Bakıda qadın sürücünün avtomobili yük maşınına çırpılması nəticəsində ölüb
    • 19-12-2018, 12:42
    • 937

Bakıda qadın sürücünün avtomobili yük maşınına çırpılması nəticəsində ölüb

Bakıda qadın sürücü avtomobilini yük maşınına çırparaq ölüb. 

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, dekabrın 18-də saat 22 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində qəsəbə sakini Gülarə Qəbulova idarə etdiyi “Nissan” markalı avtomobili yolun kənarında dayanmış həmyerlisi Asəf Abdinova məxsus “MAN” markalı avtomobilin qoşqusuna vurub. Nəticədə sürücü hadisə yerində ölüb.
Binəqədi rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.

News24.Az