Sabah “Azəriqaz”da “Açıq qapı” aksiyası keçiriləcək
    • 23-06-2022, 13:50
    • 237

Sabah “Azəriqaz”da “Açıq qapı” aksiyası keçiriləcək

Sabah saat 11:00-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası keçiriləcək.

Bu barədə News24.az-a “Azəriqaz”dan məlumat verilib.

Məlumata görə, aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq.

Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.