-
- 23-06-2022, 14:10
- 362
Çarpayısında icazəsiz yatdı, vəhşicəsinə döyüb xəsarətlər yetirdi
Bu ilin 17 ferval tarixində Masazırda tanışını döyən şəxs məhkəmə qarşısına çıxarılıb.
News24.az-ın məlumatına görə, Abşeron rayon Məhkəməsində 1996-cı il təvəllüdlü Şahin Aslanov Cinayt Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə təqsirləndirilib.
Məlum olub ki, həmin gün avtoyuma məntəqəsində fəhlə kimi çalışan Şahin Masazır qəsəbəsində gündəlik kirayə verilən evdə icazəsiz olaraq tanışı İlkinin yerində uzanıb. Gecə saat 01 radələrində tikintidə fəhlə işləyən İlkin evə gəlib və çarpayısının dağınıq olduğunu görüb. O, Şahinə irad bildirərək hansı səbəbdən çarpayısınd icazəsiz yatdığını deyib və mübahisə yaranıb. Bu zaman Şahin İlkinə onun yerində başqa şəxsin uzandığını və həmin şəxsin Vətən Müharibəsi qazisi olduğunu, hər kəsin də qazilərə borclu olduğunu deyib. Bundan sonra onların arasında münaqişə baş verib və dava-dalaş zamanı Şahin İlkinə yumruqla zərbələr endirməyə başlayıb.
Nəticədə İlkin sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ göz orbitasının hematoması, sağ gözaltı və sağ gözün bayır bucağını əhatə edən sahənin cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası, burunun qançırından ibarət xəsarətlər alıb. O, xəstəxanaya aparılıb və tibbi yardım göstərilib.
Abşeron rayon Məhkəməsində hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə tanışına döyən şəxsə 1500 manat cərimə cəzası tətbiq edilib. Ona cəriməni ödəmək üçün 1 ay vaxt verilib.