-
- 22-04-2022, 19:07
- 496
Quba sakinini döyüb cinsiyyət orqanın zədələdilər
Ötən ilin 25 dekabrında Qubanın Bağbanlı kəndində tanışını döymüş Kamal Ağayevə hökm oxunub.
News24.az - ın məlumatına görə, 1989-cu il təvəllüdlü K.Ağayev Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə təqsirləndirilin.
Quba rayon Məhkəməsi onun qazancının 20 faizinin dövlət nəfinə tutulması ilə 1 il müddətinə islah işləri cəzasına məhkum edilməsinə qrəar verib.
Araşdırmalar zamanı məlum olub ki, hadisə vaxtı Kamal həmkəndlisi Xəyalı (şərti adlı) döyüb. Belə ki, Kamalın qardaşı Orxanın Xəyala pul borcu olub. Xəyal Orxana zəng edib pulunu tələb etdikdə onlar arasında mübahisə yaranıb. Bundan sonra Xəqani onların evinə gəlib və qapını möhkəm döyüb. Səsə Orxanın qardaşı Kamal və atası çıxb. Bu zaman Kamal qardaşının borclu olduğu şəxsə zərbələr endirərək ona xəsarətlər yetirib. Hadisə vaxtı Kamalın atasının Xəyalı tutması onu özünü müdafiə etməsinə imkan verməyib. Nəticədə o, müxtəlif dərəcəli xəsarətlər alıb. Təpiklərdən biri Xəyalın cinsiyyət orqanını zədələyib.
Məhkəmədə işi ilə əlaqədar iştirak edə bilməyən Xəyalı atası təmsil edib. Xəyal məhkəməyə göndərdiyi məktubda Kamaldan şikayətçi olduğunu, onun qanunamüvafiq şəkildə cəzalandırılmasını istədiyini bildirib.
K.Ağayev isə ilk dəfə cinayət törətdiyini, evli və 2 azyaşlı uşaq atası olduğunu deyərək yüngül cəzaya məhkum edilməsini xahiş edib.