-
- 15-03-2022, 14:36
- 1 707
Obyektinin qarşısında çayxana açan şəxsi vəhşicəsinə döydü
Qubada həmkəndlisini döyən 1986-cı il təvəllüdlü Rüstəm Rəfiyev barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə iş açılıb.
News24.az-ın əlumatına görə, araşdırmalar zamanı Rüstəmin Ədil adlı həmkəndlisini onun çayxanasının qarşısında çayxana açdığına görə döydüyü məlum olub.
Belə ki, xeyli vaxtdır Möhüc kəndində çayxana işlədən Rüstəm ədilin onun obyektinin yanında ötən ilin oktyabr ayında çayxana açmasından qıcıqlanıb və kiçik kənddə ikinci çayxananın olmasının onun alverinə pis təsir edəcəyini deyib. Bu məqsədlə o, dəfələrlə Ədilə xəbər göndərib, çayxananı bağlamağı tələb edib, əks halda dava düşəcəyini bildirib. Dekabrın 31-də gecə saatlarında isə Rüstəm Ədillə görüşüb məsələni həll etmək qərarına gəlib və onunla maşında söhbət etmək istədiyini deyib. Avtomobilə outran kimi Rüstəm yumruqla Ədilə zərbələr endirib. Ədil maşından düşərək uzaqlaşmaq istədikdə, o əlindəki avtomobil açarı ilə ona deşilmiş xəsarətlər yetirib.
Quba rayon Məhkəməsində işə baxılıb və həmkəndlisini döyən şəxs qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işlərinə məhkum edilib.