Hökməlidə ər arvadının başını qapının tininə çırpdı
    • 23-05-2022, 14:35
    • 454

Hökməlidə ər arvadının başını qapının tininə çırpdı

Abşeron rayonu Hökməli qəsəbəsində arvadını vəhşicəsinə döyən kişi məhkəmə qarşısına çıxarılıb.

News24.az-ın məlumatına görə, Abşeron rayon Məhkəməsində Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə mühakimə edilən Yevlax sakini, 1973-cü il təvəllüdlü Rafael Mürsəlov törətdiyi əməli etiraf edib.

Məlum olub ki, Rafaellə həyat yoldaşı Aygün (şərti adlı) 13 il evli olublar və 2020-ci ildə rəsmən boşanıblar. Lakin daha sonra onlar barışaraq Hökməlidəki evdə birgə yaşamağa başlayblar. Bu il yanvarın 21-də isə axşam saatlarında onlar evdə olarkən Aygünün telefonuna zəng gəlib. Rafael Aygündən zəng edənin kim olduğunu soruşub və münaqişə yaranıb. Bu zaman o, 2 il əvvəl boşandığı həyat yoldaşının baına yumruqlar vuraraq onu yerdə sürüyüb və başını qapının tininə çırpıb. Həmçinin üzünü cırmaqlayıb.

Rafaelin əlindən çıxan qadın daha sonra baş verənlər barədə polisə məlumat verib.

Məhkəmə Aygün Xəlilova keçmiş ərindən şikayətçi olduğunu eyib və onun cəzalandırılmasını tələb edib.

Abşeron rayon Məhkəməsinin hökmü ilə Rafael Mürsəlov qazancından 15 faiz dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.