-
- 19-12-2018, 13:56
- 1 031
“Akvamen” dünya premyerasından 3 gün öncə Bakıda yayımlandı - FOTOLAR - VİDEO
“Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında Dolby Atmos formatında fantastik ekşn janrında olan “Akvamen” filminin premyeradan 3 gün öncə nümayişi keçirilib.
Tədbirə məşhur stilist Nata İsmaylova tərəfindən filmin baş qəhramanı kimi qrim olunan fotograf Eyyub Qurbanov (El Lobo) dəvət olunmun. Tədbir iştirakçıları böyük həvəslə onunla şəkil çəkdiririblər.
Həmin gecə kinoteatra qonaq qismində şou biznes ulduzları, məşhur jurnalistlər, bloqqer və böyük təşkilat rəhbərləri dəvət alıb. Filmə olan böyük maraq kinoteatrın ən böyük zalında boş yerlərin olmamasına səbəb olub.
“Akvamen” DC genişlənmiş bəşəriyyətin sayca altıncı filmi olmuşdur. “Akvamen”dən ayrılmağın mümkün olmamağının əsas səbəblərindən biri - sualtı dünyadır. Onun yaradılması üzərində vizual effektlər üzrə ixtisaslaşmış bir neçə şirkət işləyib və nəticə həqiqətəndə təsirli olub.
Filmdə baş rolu – havayalı, “Taxt oyunları” filmində Kxala Droqonu və “Konan-barbar” filmində Konan rolununda çəkilmiş müasir dövrün ən brutal aktyorlarından olan Ceyson Momoa oynamışdır. Bütün həyatının məhəbbəti - kürənsaçlı Meranı Ember Herda oynamışdır. Nikol Kidman Akvamenin anası Atlannanı oynayıb. Uillyem Defo baş qəhrəmanın müəllimidir. Dolf Lundqren isə Akvamenin gələcək qayınatası şah Nereusu oynayıb.
Filmin rejissoru “Mişar”, “Astral”, “Cadu” filmləri və həmçinin “Forsaj” franşizəsinin yeddinci seriyası ilə məşhur olan Ceyms Vandır.
Film haqqında qısa: Artur Karri mayak işçisi Tom Karri və Atlanna adlı qadının oğludur. Artur artıq yeniyetmə yaşlarında inanılmaz güc və sürət sərgiləyir, həmçinin su altında nəfəs almaq və balıqlarla danışa bilmək bacarıqlarını sərgiləyirdi. Ölüm ayağında ikən Atlanna oğluna həqiqəti danışır: o, bir zamanlar sürgün olunmuş Atlantida Kraliçası idi və Arturun bir gün yeddi dənizin hökmdarı olacağına vəd verib. Atası ona təhsil verir və bacarıqları idarə etməyi öyrədir, bu isə onun Akavmen adlı qəhrəmana çevrilməsi ilə nəticələnir.