"Qarabağ"dan 1 milyon dollarlıq transfer
    • 24-06-2022, 12:32
    • 235

"Qarabağ"dan 1 milyon dollarlıq transfer

"Qarabağ" Braziliyanın "Nautiko" klubunun futbolçusu Rhaldneylə anlaşıb.

News24.az "ne45.com.br" saytına istinadən məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi iyulun 1-dən "köhlən atlar"a qoşulacaq.

Ağdam klubunun "sambaçı" üçün qarşı tərəfə 1 milyon dollara yaxın təzminat ödəyəcəyi bildirilib. Arxa xətt oyunçusunun "Nautiko" ilə 2023-cü ilin yayınadək müqaviləsi var.

Qeyd edək ki, Raldney indiyədək yalnız Braziliya klublarında çıxış edib.