Kanada parlamenti Rusiya aktivlərinin müsadirəsini təsdiqləyib
    • 25-06-2022, 01:32
    • 253

Kanada parlamenti Rusiya aktivlərinin müsadirəsini təsdiqləyib

Kanada Senatı Rusiya aktivlərinin müsadirəsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Qanun layihəsi xarici vətəndaşların mənzil almasına iki il müddətinə qadağa qoyulması, habelə Rusiyanın

Ukraynaya hərbi müdaxiləsinə görə məsuliyyət daşıyanların aktivlərinin müsadirəsini nəzərdə tutur.

Həmçinin bildirilir ki, 450 səhifəlik sənəd parlamentin yuxarı palatasından keçib və rəsmi razılıqdan sonra qanuna çevriləcək.

Layihə Baş nazir Castin Trüdo tərəfindən təklif edilib. /Report/