Altı min dollara əməliyyat olunan Elgiz: “Deyirlər, bəxtəvər adamsan, tər qoxusunu hiss etmirsən”
    • 27-06-2022, 16:05
    • 784

Altı min dollara əməliyyat olunan Elgiz: “Deyirlər, bəxtəvər adamsan, tər qoxusunu hiss etmirsən”

“Ətir alanda qoxu bilməməyim ucbatından çox çətinlik çəkirəm. İnsan istəyər ki, öz zövqünə uyğun ətir alsın, mən bundan məhrumam. Ətir seçəndə xahiş edirəm ki, mənim yerimə seçsinlər. Mənə hərdən deyirlər ki, çox bəxtəvər adamsan, avtobus və metroda tər qoxusunu hiss etmirsən”.

News24.az Oxu.Az-a istinadla xəbər verir ki, bu sözləri tanınmış aparıcı Elgiz Əkbər  açıqlaması zamanı bildirib.

E.Əkbər Türkiyədə uğursuz əməliyyatdan sonra yaşadığı çətinlikdən danışıb:

“15 il bundan əvvəl Türkiyədə əməliyyat olundum. O əməliyyatdan sonra qoxu hiss etmirəm. Burnumda sınıq var idi, onu düzəltdilər, nəfəs almağım da yaxşıdır. Ancaq qoxu ala bilmirəm. Bəlkə də əməliyyatla düzələr. Ancaq, sözün düzü, indiyə kimi bu problemlə bağlı həkimə müraciət etməmişəm. Əgər əməliyyat lazım olsa, bu dəfə öz həkimlərimizin qəbulunda olacağam, orada-burada işim yoxdur. Mənə dedilər ki, bura İbrahim Tatlısəsin müalicə aldığı xəstəxanadır. 6 min dollar pulum da, əziyyətim də getdi, burnumu da bu vəziyyətə salıb göndərdilər məni”.

Aparıcı, həmçinin, yay istirahətindən də söz açıb.

Belə ki, Elgiz yay boyunca xaricdə istirahət etməyi düşünsə də, planları alt-üst olub:

“Yay istirahəti üçün dostlarımla Andorraya getməyi düşünürdük. Orada hər şey çox ucuzdur, alış-veriş üçün ideal yerdir. Sənədlərimizi hazırladıq, ancaq səfirlikdə bir balaca problem yarandı. Dedilər ki, sizə vizanı sentyabrın axırı verə bilərik. O da mənə sərf etmir, sentyabrın axırı artıq mənim işlərim başlayır. Səhv bizdə oldu, azı üç ay öncədən müraciət etməli idik, gecikdik. Hələ ki, harada istirahət edəcəyimə qərar verməmişəm. Yəqin ki, Quba, Qusar, Zaqatala olacaq”.