Bu kremləri yayda dərinizə çəkməyin!
    • 27-06-2022, 12:46
    • 412

Bu kremləri yayda dərinizə çəkməyin!

İstidə tərkibində spirt, həmçinin retinol, turşular və sitrus yağları olan kosmetik vasitələrdən istifadə etmək məsləhət görülmür.

Bu barədə kosmetoloq Anastasiya Miretskaya xəbərdarlıq edib.

“İlk növbədə tərkibində spirt olan təmizləyicilərdən imtina etməyə dəyər, çünki bu, yağ bezlərinin daha da aktiv işləməsini stimullaşdırır, bununla da dəri səpgilərini təhrik edir. Retinol, turşular və sitrus yağları olan qulluq məhsullarını isə payıza saxlamaq yaxşıdır. Bu komponentlər dərinin günəşə qarşı həssaslığını artırır və hiperpiqmentasiya, yanma və qabıqlanmaya səbəb ola bilər.

İsti mövsümdə dərini ağır kremlərlə yükləməyin. Yüngül teksturalar yeni iltihabın və yağlı parıltının qarşısını almağa kömək edəcək. Mayelər və gel teksturaları halında olan kremlər ən yaxşı seçimdir”, - ekspert yekunda qeyd edib. /Publika.az/