Bu ölkədən Azərbaycana səfər edənlərin sayı artıb
    • 27-06-2022, 21:37
    • 302

Bu ölkədən Azərbaycana səfər edənlərin sayı artıb

İrandan Azərbaycana səfər edənlərin sayı 77 faiz artıb.

Bu barədə News24.az-a Dövlət Turizm Agentliyindən bildirilib.

Məlumata görə, cari ilin 5 ayı ərzində İran İslam Respublikasından Azərbaycana səfər edənlərin sayı 64 833 nəfər təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 77 % artım deməkdir.