-
- 28-06-2022, 17:01
- 374
Baklı metropoliteni daha 6 müasir havalandırma ventilyatoru alacaq
Bakı metropoliteni metro stansiyalarında havalandırma sistemini yaxşılaşdırmaq məqsədilə bu il daha 6 müasir havalandırma ventilyatoru alacaq.
Bu barədə News24.az-a "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, həmin ventilyatorlar metro stansiyalarında istismar müddətini başa vurmuş ventilyatorlarla əvəz ediləcək: "Son iki il ərzində metropoliten 17 yeni və müasir ventilyator alaraq stansiyalarda quraşdırıb. Yeni ventilyatorlar alınarkən mövcud sərnişin axını və eyni zamanda, gələcəyə hesablanmış planlar da diqqət mərkəzində saxlanılır. Alınan yeni ventilyatorlar əvvəlki qurğulardan ən azı 2-3 dəfə güclüdür. Bu isə metro stansiyalarında ventilyatorların işini daha müasir qaydada və sərnişin rahatlığı nəzərə alınmaqla təmin etməyə imkan verir. Metro stansiyalarında aparılan monitorinqlərə görə, yeni ventilyatorlar quraşdırılan stansiyalarda hərarət göstəricisi 2-3 dərəcə, bəzi stansiyalarda isə 4 dərəcəyə qədər aşağı olur".
B.Məmmədov qeyd edib ki, bu il alınacaq ventilyatorlar da Bakıya gətirilərk ictimaiyyətə təqdim olunacaq, daha sonra isə istismar müddətini başa vurmuş köhnə ventilyatorlarla əvəz ediləcək.