-
- 9-08-2019, 16:21
- 885
“Qara Qarayev”, “Memar Əcəmi”də iki yeni ventilyator istismara verildi
Bakı metropoliteninin “Qara Qarayev” və “Memar Əcəmi” (Yaşıl xətt) stansiyalarında ventilyatorların yenilənməsi prosesi başa çatıb.
"Bakı Metropoliteni" QSC-dən News24.az-a verilən məlumata görə, bu stansiyalarda iyun ayının əvvəllərində iki yeni ventilyator istifadəyə verilmişdi. Texnoloji prosesin tələblərinə uyğun olaraq quraşdırılan daha 2 ventilyator stansiyaların havalandırma şaxtalarını tam komplektləşdirib.
Rusiyanın “Ventprom” maşınqayırma zavodunun istehsal etdiyi, elektrik mühərrikinin gücü 75 kVt, məhsuldarlığı 60-65 m3/san. olan “VOM 24R” tipli güclü ventilyatorlar bu stansiyalarda və onlara yaxın tunel mənzillərində mikroiqlim şəraitinin daha da yaxşılaşdırılmasını təmin edəcək.
Yeni ventilyatorların quraşdırılması məqsədilə, əvvəlcə köhnə avadanlıq sökülərək, şaxtalarda müvafiq təmir işləri aparılıb, yeni qurğunun özülü hazırlanıb. Daha sonra yeni ventilyatorların quraşdırılması, sazlanması, sınaq və tənzimlənmə işləri yerinə yetirilib.
Onu da əlavə edək ki, hazırda metropolitendə kabel şəbəkəsinin fiberoptik kabellər hesabına yeniləndirilməsi üzrə geniş miqyaslı işlər aparılır. Ventilyasiya sahəsində də optik kabellərin tətbiqi informasiyanın daha etibarlı, səmərəli, dəqiq ötürülməsinə, mərkəzləşmiş idarəetmənin yüksək səviyyədə təşkilinə imkan yaradır.
İstehsalçı ilə bağlanmış müqaviləyə görə, ventilyatorlar sifarişçinin təklif etdiyi texniki şərtlər nəzərə alınmaqla hazırlanıb və zavod şəraitində sifarişçi tərəfin iştirakı ilə sınaqdan keçirilib. Qurğuların bütün texniki parametrlərinin, idarəetmə lövhələrinin, nəzarət-məlumat vericilərinin “Bakı Metropoliteni” QSC-nin texniki tapşırıqlarına uyğunluğu yoxlanılıb. Yeni ventilyatorların məhsuldarlığı, texniki göstəriciləri Bakı metropoliteninin istismar şəraitinə tam uyğun və qənaətbəxşdir.
Yeni ventilyatorların iş rejimini (axından sovurmaya və əksinə) 30 saniyə ərzində dəyişmək mümkündür. Bu isə təhlükəsizliyin möhkəmləndirilməsi, fövqəladə hallarda bir rejimdən digərinə daha çevik keçidin təmin edilməsi baxımından çox əhəmiyyətli məsələdir. "Bakı Metropoliteni” QSC-nin texniki tapşırıqlarına görə, istehsalçı müəssisə ventilyatorun idarəetmə sistemlərini “Siemens” və “Schneider” şirkətlərinin avadanlıqları üzərində qurub. Həmçinin releləri, avtomat açarları və digər cihazları normal hərarət rejimində saxlamaq üçün idarəetmə paneli ventilyatorla, eyni zamanda avtomatik yanğınsöndürmə vasitəsi ilə təchiz edilib.
Tezlik çeviricisi ilə təmin olunmuş idarəetmə şkafları Ezernet tipli rabitə vasitəsi ilə dispetçer məntəqəsinə qoşulur.
Optik kabellərlə yerinə yetirilən belə qoşulmanın bir çox üstünlükləri var. Əvvəlkindən fərqli olaraq bu sistem idarəetmə funksiyalarını xeyli genişləndirib. Belə ki, Ezernet xətti vasitəsilə ventilyatorun cərəyan tezliyini 0-dan 50 hersədək dəyişməklə hərəkət sürətini nizamlamaq, istənilən sürətdə ventilyatorun iş rejimini dəyişmək, effektliyini artırmaq üçün hava-klapanlarını idarə etmək, şiber mexanizminin vəziyyətinə, vurulan havanın təzyiqinə, miqdarına, ventilyatorun vibrasiya dərəcəsinə nəzarət etmək mümkündür.
Yeni ventilyatorların faydalı iş əmsalı, titrəyiş və səs-küy həddi və s. texniki göstəriciləri dünya standartlarının tələblərinə cavab verir. Səs-küyün normadan aşağı olmasına baxmayaraq, sentyabr ayında şaxtalarda müasir səsboğucuların, stansiya və yaxın tunellərdə təbii havalandırmanı təmin edən sistem və qurğuların quraşdırılmasına başlanılacaq.
Bu il alınmış 7 ventilyatordan qalan üçünün də quraşdırılması istiqamətində işlər planlı şəkildə davam edir. İki güclü ventilyatorun quraşdırılacağı "Ulduz-Nəriman Nərimanov" mənzil tunellərindəki şaxtada köhnə avadanlığın sökülməsinə başlanılıb. Qarşıdakı müddətdə "Nizami" stansiya tunelində yerləşən şaxtada da yeni ventilyator quraşdırılacaq.