-
- 24-05-2019, 18:23
- 917
Metropoliten yaya hazırlaşır: yeni ventilyator və qatarlar... - AÇIQLAMA
Yay mövsümü ərəfəsindəyik. Qarşıda bizi daha isti aylar gözləyir. Qızmar yay günlərində insanların istidən ən çox şikayətləndiyi məkanlardan biri də Bakı Metropoliteni olur. Bu üzdən əhali digər nəqliyyat növlərindən istifadə etməyə məcbur olur. Amma bu ildən metrostansiyalarda yeniliklər gözlənilir.
Bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Məmmədli News24.az-a açıqlamasında bildirib: "7 yeni ventilyator gətirilib. Hazırda onların quraşdırılması prosesi gedir. Yaxın vaxtlarda onlardan ikisi istismara veriləcək. Biri «Qara Qarayev», digəri isə «Memar Əcəmi» stansiyasında quraşdırılacaq. Birinci ərazidə quraşdırma bitdikdən sonra digər stansiyalarda davam edəcək. «Nizami» stansiyasında və tunellərdə üç ventilyasiya sistemi işə salınacaq. Quraşdırılacaq 7 yeni ventilyatorun bir çox üstünlükləri var. Onlar əvvəlkilərlə müqayisədə 2-3 dəfə güclüdür. Əvvəlki ventilyatorların istismar müddəti başa çatb. Yeni ventilyatorlar süni havalandırmanı kifayət qədər gücləndirəcək. Onlar daha effeklidir, faydali iş əmsalı daha yüksəkdir. Eyni zamanda, onların həm axına, həm də sovrulmaya işləməsi avtomatik rejimdədir. Onun başqa bir üstünlüyü isə 20 saniyə ərzində çevrilməsinin mümkünlüyüdür. Yeni ventilyasiyalar mərkəzləşdirilmiş qaydada idarəetmə sisteminə tabe etdiriləcək.
Təbii ki, bu ventilyatorlar istismara veriləndən sonra qrafikdə xüsusi nəzərə alınacaq. Metropolitendə 2018-ci ilin mart ayından ildə iki dəfə deyil, 4 dəfə süni havalandırmanın qrafiki dəyişdirlib. Bu da mövsümi xarakter daşıyır. Hər fəslin öz tələblərinə uyğun olaraq, qrafik üzrə ventilasiyalar işləyir. Eyni zamanda, daim nəzarət altında saxlanmaqla monitorinqlər aparılır və müvafiq yeniliklər də edilir».
B.Məmmədli onu da əlavə etdi ki, yaxın zamanlarda təbii havalandırma ilə bağlı mühüm addımlar atılacaq. Hazırda bu istiqamətdə işlər gedir . B.Məmmədlinin sözlərinə görə, istismar müddəti başa çatacaq 6 qatarın əvəzinə yenilər xəttə buraxılacaq: «Onlardan 2-nin istehsal prosesi başa çatıb. Yaxın vaxtlarda Bakıya gətiriləcək».
Afaq Mirayiq