Türkiyədə uçqunda ölən azərbaycanlı kimdir? YENİLƏNİB
    • 1-07-2022, 11:56
    • 413

Türkiyədə uçqunda ölən azərbaycanlı kimdir? YENİLƏNİB

Türkiyənin Artvin şəhərində baş verən torpaq sürüşməsində ölən azərbaycanlı sürücünün şəxsiyyəti məlum olub.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) şöbə müdiri Ruslan Eldaroğlu "Facebook"da yazıb.

"Arvin vilayətində torpaq uçqunu zamanı həlak olan azərbaycanlı sürücünün şəxsiyyəti bəlli olub. 99-HY-188 dövlət nömrə nişanlı yük avtonəqliyyat vasitəsinin sürücü Şahlar Kərimovdur", - o bildirib.

***

11:01


Türkiyənin Artvin bölgəsinin Kemalpaşa rayonunda baş verən torpaq sürüşməsində bir nəfər ölüb, daha 2 nəfər yaralanıb. 

News24.az xəbər verir ki, Türkiyə KİV-lərində ölən şəxsin azərbaycanlı olduğu bildirilir. Qeyd olunub ki, bunu hadisədən sonra əraziyə gedən Artvin bölgəsinin bələdiyyə rəhbəri Yılmaz Doruk deyib. 

Onu da deyək ki, sürüşmə Türtkiyəni Gürcüstana birləşdirən magistral yolda baş verib. 

Bildirilib ki, yol kənarında dayanmış 4 yük maşını uçqun nəticəsində yararsız hala düşüb. 

xxx

10:24


Türkiyənin Artvin şəhərinin Kemalpaşa rayonunda torpaq sürüşməsi olub.

News24.az xəbər verir ki, hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilib

Bildirilir ki, təbii fəlakət bölgəsində olan yük maşınları zərər görüb, yol bağlanıb./Unikal.org/