Türkmənistanda ölən azərbaycanlının cənazəsi gəmi ilə Bakıya gətirildi
    • 1-07-2022, 15:42
    • 313

Türkmənistanda ölən azərbaycanlının cənazəsi gəmi ilə Bakıya gətirildi

Türkmənistanda vəfat edən azərbaycanlı iş adamı Əlövsət Əliyevin cənazəsi Bakıya gətirilib.

News24.az -ın məlumatına görə, Türkmənistanın Türkmənbaşı limanından yola salınan cənazə “Qarabağ” gəmi-bərəsi ilə Bakı Beynəlxalq Dəniz Limanına çatdırılıb. 


Cənazə mərhumun ailəsinə təhvil verilib.
Qeyd edək ki, 72 yaşlı Ə.Əliyev uzun illər Türkmənistanda yaşayıb və müxtəlif qurumlarda çalışıb.