Alimlər dünyadakı ən bahalı rəsm əsərinin sirrini açıqladılar
    • 16-01-2020, 17:53
    • 1 315

Alimlər dünyadakı ən bahalı rəsm əsərinin sirrini açıqladılar

Alimlər dünyadakı ən bahalı rəsm əsərinin sirrini açıqlayıblar.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Leonardo da Vinçinin "Dünyanın Xilaskarı"nın təqribən 450 milyon dollar dəyəri var. Bir neçə əsrdir ki, tarixçilər İsanın əlində nəyin olduğunu anlamağa çalışırlar.

İlk baxışdan şüşə top olduğu görünür. Ancaq sonra sual yaranır ki, optika qanunlarını mükəmməl bilən Leonardo arxa fonun əksini niyə göstərməyib.

Cavab axtarışında alimlər geyimlərin və müxtəlif materiallardan hazırlanan kürələrin 3D modelini yaradıblar və dağ büllurundan hazırlanmış top haqqında ümumi fərziyyəni sınaqdan keçiriblər. Da Vinçinin topu dəqiq şəkildə təsvir etdiyi və xırda nüansalara qədər diqqətli olduğu ortaya çıxıb.

Ancaq onun şüşə olduğu ortaya çıxıb və içi boş olub. Divarın qalınlığı 1,5 millimetrdən azdır.

Obyekt dahinin çəkdiyi yerdən 25 santimetr məsafədə yerləşib. Buna görə də heç bir problem olmayıb.