Eyfel qülləsi söküləcək?
    • 5-07-2022, 17:58
    • 293

Eyfel qülləsi söküləcək?

Parisin əsas görməli yerlərindən biri olan Eyfel qülləsi paslanıb və əsaslı təmirə ehtiyacı var. Lakin əvəzində Parisdə 2024-cü ildə keçiriləcək Yay Olimpiya Oyunları ərəfəsində yenidən rənglənir.

News24.az-ın məlumatına görə, bu barədə Fransanın “Marianne” jurnalı öz mənbələrinə istinadən yazıb.

Jurnalın əldə etdiyi gizli məlumatlara görə, Eyfel qülləsində çatlar və paslar hələ 2014-cü ildə aşkar edilib. 2016-cı ildə qüllədə 884 zədə qeydə alınıb ki, bunlardan 68-i “konstruksiyanın dayanıqlığına təhlükə yaradır”.

“Əgər Qustav Eyfel [qüllənin inşaat mühəndisi] bu məkanı ziyarət etsəydi, o, infarkt keçirərdi”, - deyə adının açıqlanmasını istəməyən qüllənin meneceri jurnala bildirib.