-
- 24-11-2018, 14:40
- 1 799
Eyfel qülləsi etiraz aksiyası səbəbindən bağlanacaq
Parisin məşhur Eyfel qülləsi bu gün Parisdə gözlənilən kütləvi etirazlara görə bağlanacaq.
Bu barədə Eyfel Qülləsinin rəsmi "Twitter" səhifəsində bildirilir.
Qüllənin bağlanması Fransada yanacağın qiymətinin artması və vergilərin artırılması əleyhinə davam edən etiraz aksiyaları ilə bağlıdır. Gözlənilir ki, bu gün şəhərə təxminən 30 min adam gələcək.
Parisin prefekturasında bildiriblər ki, şənbə günü küçələrdə təhlükəsizliyi 3 minədək polis və jandarm təmin edəcək.