Daha bir şəxs maşının pəncərəsindən ayağını çıxardı - VİDEO
    • 7-07-2022, 12:49
    • 351

Daha bir şəxs maşının pəncərəsindən ayağını çıxardı - VİDEO

Azərbaycanda daha bir şəxs hərəkətdə olan maşının pəncərəsindən ayağını bayıra çıxardıb.

News24.az Oxu.Az-ın məlumatına görə xəbər verir ki, VAZ-21011 markalı avtomobilin sərnişini ayağını pəncərədən çölə çıxararaq cəmiyyətə açıq hörmətsizlik edib. 

Qeyd edək ki, ötən gün “Toyota Prius” markalı avtomobilin sürücüsü, 1992-ci il təvəllüdlü Murad Əşrəfov də nəqliyyat vasitəsini idarə edən zaman ayağını çölə çıxarıb, cəmiyyətə açıq hörmətsizlik edərək ətrafdakı sürücülər üçün təhlükəli vəziyyət yaradıb.