Gəncədə şadlıq evində yanğın: 100 nəfər təxliyə edildi
    • 7-07-2022, 22:15
    • 324

Gəncədə şadlıq evində yanğın: 100 nəfər təxliyə edildi

Gəncə şəhərində ümumi sahəsi 3600 m² (hər mərtəbəsi 1800 m²) olan ikimərtəbəli "İmperial" şadlıq sarayının dam örtüyü 3 m² sahədə yanıb.

Bu barədə News24.az-a FHN-ə istinadən xəbər verir.

Yanğın zamanı şadlıq sarayında olan 100 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.