DİN aksiya çağırışı edənlərə XƏBƏRDARLIQ ETDİ
    • 8-07-2022, 10:25
    • 288

DİN aksiya çağırışı edənlərə XƏBƏRDARLIQ ETDİ

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti iyulun 13-də bir qrup şəxsin Nazirlər Kabinetinin önündə aksiya keçirmək barədə çağırışlarına münasibət bildirib.

News24.az xəbər verir ki, icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış hər hansı  aksiyanın keçirilməsi yolverilməzdir.

Ona görə də belə bir cəhd olarsa onun qarşısı alınacaqdır.

Bu zaman baş verə biləcək hər hansı insidentin məsuliyyəti qeyd olunan aksiyanın təşkilatçılarının üzərinə düşəcək.