-
- 8-07-2022, 13:53
- 343
Sui-qəsd və üsyanlar nəticəsində həyatını itirən 10 dövlət başçısı -FOTO
Artıq xəbər verdiyimiz kimi, bu gün Yaponiyanın keçmiş Baş naziri Şinzo Abe insanlar qarşısında çıxış edərkən silahlı hücuma məruz qalıb və bir neçə saat sonra həyatını itirdiyi təsdiqlənib.
Şinzo Abe 2006-2007-ci illərdə və 2012-2020-ci illərdə Baş nazir vəzifəsində çalışıb. O, Yaponiya tarixinin ən uzunmüddətli baş naziri olub.
Dünya tarixinə nəzər yetirən zaman məlum olur ki, siyasətçi kimi fəaliyyət göstərmək kifayət qədər risklidir və təəssüf ki, bu peşənin sahibləri zaman-zaman sui-qəsdin, iqtidar uğrunda mübarizənin qurbanı olurlar.
Avraam Linkoln
Tarixdə, bəlkə də, ən çox səs-küyə səbəb olmuş siyasətçi qətllərindən biri 1865-ci il aprelin 12-də ABŞ prezidenti Avraam Linkolnun teatr tamaşasını izləyən zaman aktyor Con Uilks But tərəfindən qətlə yetirilməsidir.
Con Kennedi
ABŞ-ın 35-ci prezidenti Con Kennedi də sui-qəsd nəticəsində həyatını itirmiş siyasətçilərdən biridir. O, 22 noyabr 1963-cü ildə, Dallas şəhərinə səfər edən zaman snayperdən açılan atəş nəticəsində həlak olub.
Ümumiyyətlə, tarixə nəzər saldıqda ən çox məhz ABŞ prezidentlərinin sui-qəsdin qurbanı olduğunu görürük.
Yaxın tarixə müraciət edək.
Mahatma Qandi
Hindistan azadlıq hərəkatının lideri Mahatma Qandi 1948-ci ildə paytaxt Dehlidə sui-qəsd nəticəsində qətlə yetirilib. Sui-qəsdi hindli radikal Nathuram Qodse həyata keçirib. Qatil hesab edirdi ki, M.Qandinin apardığı siyasət Hindistanı rəqib Pakistan qarşısında zəiflədir.
Ənvər Sədat
1981-ci il oktyabrın 6-da Misirin paytaxtı Qahirədə hərbi paradda Ənvər Sədat snayperin hədəfinə məruz qalaraq 62 yaşında həyatını itirib. Rəsmi məlumata görə, sui-qəsdi dörd nəfərdən ibarət qrup həyata keçirib - baş leytenant Əl-İslambuli və üç əsgər. Onların hamısı “Əl-təkfir vəl-Hicrə” qruplaşmasının üzvləri olub.
İshaq Rabin
İki dəfə İsrailin baş naziri olmuş İshaq Rabin də sui-qəsdin qurbanı olmuş siyasətçidir. 1995-ci il noyabrın 4-də Təl-Əvivdə kütlə qarşısında çıxış edəndən sonra xidməti avtomobilinə əyləşmək istəyərkən silahlı hücuma məruz qalıb. İ.Rabinin ölümünə səbəb kimi onun Bill Klintonun iştirakı ilə Vaşinqtonda Fələstin Azadlıq Təşkilatının rəhbəri Yasir Ərəfatla görüşü və bu görüşdə əldə edilən barışıq idi. Bu barışıq İsraildə sağ millətçiləri hiddətləndirmişdi.
Məhəmməd Nəcibulla
16 aprel 1992-ci ildə Əfqanıstanda sovetyönümlü hakimiyyətə son qoyuldu və Əfqanıstanın Prezident Məhəmməd Nəcibulla “Taliban” qruplaşmasının üzvləri tərəfindən tutularaq Kabilin mərkəzində asıldı. “Taliban” Məhəmməd Nəcibullanı ölkənin maraqlarını SSRİ-yə təslim etməkdə günahlandırırdı.
Əhməd Kadırov
9 may 2004-cü ildə Çeçenistan Respublikasının paytaxtı Qroznının “Dinamo” stadionunda Qələbə Günü münasibətilə keçirilən paradda törədilmiş partlayış nəticəsində Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Kadırov həyatını itirib. Qətlə görə məsuliyyəti çeçen səhra komandiri Şamil Basayev öz üzərinə götürmüşdü.
Müəmmar Qəddafi
Liviyanın devrilmiş lideri Müəmmar Qəddafinin 2011-ci il oktyabrın 20-də öldürülməsi hələ də yaddaşlardan silinməyib. Üsyançılar NATO-nun köməyilə bir-birinin ardınca Bəni-Vəlid, Bab əl-Əziziyə, paytaxt Tripoli və digər Liviya şəhərlərini ələ keçirmişdilər. Nəhayət oktyabrın 20-də üsyançılar Liviyanın son ümidi olan Siirt şəhərinə soxuldular və M.Qəddafini vəhşicəsinə öldürdülər.
Əli Abdullah Saleh
2017-ci il dekabrın 4-də Yəmənin paytaxtı Səna şəhərində baş verən toqquşmalar nəticəsində eks-prezident Əli Abdullah Saleh öldürülüb. Əli Abdullah Salehin ölümü də siyasi hakimiyyətə yiyələnmək uğrunda mübarizə aparan “Ənsərullah” (husilər) hərəkatı tərəfindən həyata keçirilib. Məlumata görə, Əli Abdullah Saleh Sənadan qaçan zaman öldürülüb.
Jovenel Moiz
Sonuncu səs-küylü qətl Haiti prezidenti Jovenel Moizə qarşı həyata keçirilib. Haiti prezidenti Jovenel Moiz 2021-ci il 7 iyulda yaşadığı iqamətgaha silahlıların hücumu nəticəsində qətlə yetirilib.