Silah satışı artıb - STATİSTİKA
    • 9-12-2019, 14:32
    • 1 378

Silah satışı artıb - STATİSTİKA

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun illik hesabatına görə, dünyanın 100 ən böyük müdafiə şirkətinin silah və hərbi xidmət satışları 2018-ci ildə 4.6% artaraq 420 milyard dollar təşkil edib.

News24.az
xarici KİV-ə istinadən xəbər verir ki, hesabata görə, 2002-ci illə müqayisədə 2018-ci ildə satışlar 47% artıb. Reytinqdə ilk beş yeri Amerika şirkətləri tutur. Siyahıya "Lockheed Martin" liderlik edir. ABŞ-ın beş şirkətinin ümumi satışları 148 milyard dollar (ümumi satışın 35 faizi) təşkil edib.

On Rusiya şirkəti ümumi satışın 8.6% -ni (36.2 milyard dollar) təşkil edir. Bu göstərici 9,7% təşkil etdiyi 2017-ci illə müqayisədə azalıb.

Hesabatda qeyd olunduğu kimi, Rusiya şirkətlərinin satışları sabit səviyyədə qalır, payın azalması Amerika və Avropa şirkətlərinin satışlarının artması ilə əlaqədardır.

"2018-ci ildə Almaz-Antey konserninin (Rusiyada ən böyük silah istehsalçısı) silah satışları artmaqda davam edib. Satışdakı artım təkcə daxili tələbatın artması ilə deyil, silahların (xüsusən S-400 hava hücumundan müdafiə sistemləri) digər ölkələrə satılması ilə əlaqədar olub.