Vinnitsa şəhərində matəm elan olundu
    • 14-07-2022, 20:43
    • 304

Vinnitsa şəhərində matəm elan olundu

Rusiyanın raket hücumuna məruz qoyduğu Ukraynanın Vinnitsa şəhərində həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq birgünlük matəm elan olunub.

Rusiyanın raket hücumu nəticəsində Ukraynanın Vinnitsa şəhərində ölənlərin sayı 22 nəfərə çatıb.

Bildirilib ki, 39 nəfərin taleyindən hələ ki xəbər yoxdur və axtarışları davam etdirilir. /Teleqraf.com/