Zelenski matəm elan etdi
    • 8-12-2019, 10:25
    • 1 024

Zelenski matəm elan etdi

Odessada kollecdə baş verən yanğın nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.
News24.az xəbər verir ki, Odessa vilayəti polisinin yaydığı məlumata görə, yanğın nəticəsində 30-a yaxın insan xəsarət alıb, 8 nəfərin taleyi isə naməlum olaraq qalır.
Yanğın baş verən kollecdə itkin düşənlərin axtarışları davam edir.
Ukrayna Prezidenti Vladimir Zelenski baş verən faciə ilə əlaqədar dekabrın 8-də ölkə üzrə matəm elan edilməsinə dair sərəncam verib.