Bakıda qapı arxasında qalan uşaqlar xilas edilib
    • 14-07-2022, 23:03
    • 287

Bakıda qapı arxasında qalan uşaqlar xilas edilib

Bakı şəhərinin Sabunçu rayonunda 2 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən giriş qapısının açılması və nəzarətsiz qalmış uşaqların xilas olunması təmin edilib.