Azərbaycanda 160 gəmiçiyə mənzil veriləcək
    • 22-10-2018, 16:00
    • 730

Azərbaycanda 160 gəmiçiyə mənzil veriləcək

Bu ilin sonuna qədər Bakıda Gəmi Muzeyi açılacaq.

Bu barədə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev məlumat verib.

“Paytaxdakı Dövlət Bayrağı Meydanının yaxınlığında Gəmi Muzeyinin açılışını planlaşdırırıq”, - deyə o qeyd edib.

Gəmiçiliyin rəhbəri həmçinin bildirib ki, rəhbərlik etdiyi qurumun 160 illiyi münasibəti ilə həyata keçirilən “160 il - 160 mənzil” layihəsi çərçivəsində növbədə olan 160 gəmiçiyə mənzillər təqdim ediləcək.