Bakı-London reysinin uçuş cədvəli dəyişdi
    • 16-07-2022, 15:52
    • 314

Bakı-London reysinin uçuş cədvəli dəyişdi

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Böyük Britaniyanın paytaxtı Londonun “Hitrou” hava limanındakı (LHR) məhdudiyyətlərlə əlaqədar Bakı-London-Bakı reysinin iyulun 19-na olan uçuş cədvəlində dəyişiklik edib.

Bu barədə News24.az-a AZAL-dan məlumat verilib.

Məlumata görə, Bakıdan Londona uçuş saat 11:55-də, Londondan Bakıya uçuş isə saat 15:55-də (yerli vaxtla) həyata keçiriləcək.

Sözügedən reysin sərnişinləri əlavə suallarla bağlı aviaşirkətin [email protected] ünvanına müraciət edə bilərlər.