1 tondan artıq çətənə kolu yandırıldı
    • 19-07-2022, 12:02
    • 291

1 tondan artıq çətənə kolu yandırıldı

Ağcabədi Rayon Polis Şöbəsinin əmakdaşlarının keçirdikləri profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, tədbir zamanı rayonun Xocavənd kəndinin ərazisində yabanı halda bitmiş çəkisi 1 tondan artıq olan çətənə bitkisi yandırılaraq məhv edilib.