Xəzərin sahilində mina aşkarlandı
    • 22-07-2022, 11:19
    • 239

Xəzərin sahilində mina aşkarlandı

Xəzər dənizinin Azərbaycan sahilində mina aşkarlanıb.

Bu barədə News24.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.

Belə ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Liman şəhəri ərazisində dəniz kənarından 1 ədəd tank əleyhinə mina tapılıb.

Mina DİN Daxili Qoşunlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib.