Baş Prokuror: “Cinayətkarlığa qarşı mübarizədə medianın önəmli rolu var”
    • 22-07-2022, 12:52
    • 233

Baş Prokuror: “Cinayətkarlığa qarşı mübarizədə medianın önəmli rolu var”

Baş prokuror keçirilən Geniş Kollegiya İclasında Milli Mətbuatın yaradılmasının 147-ci il dönümü münasibətilə media nümayəndələrinə səmimi təbriklərini ünvanlamaqla qeyd etmişdir ki, hesabat dövründə Baş Prokurorluq tərəfindən aparılan mütəmadi monitorinqlər nəticəsində media və sosial şəbəkə səhifələrində yayılmış məlumatlar əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə 6 cinayət işi başlanılıb.

 News24.az xəbər verir ki, 1 məlumat üzrə aidiyyəti struktur qurum tərəfindən məhkəməyə mülki iddia verilmiş, 2 məlumat üzrə neqativ hallardan çəkindirmək məqsədilə vətəndaşlara prokuror təsiri tədbiri aktı olan xəbərdarlıq elan edilmiş, 3 məlumat üzrə qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair təqdimatlar göndərilib.