Göygöldə dəhşətli hadisədə ölən 30 yaşlı Bünyadın FOTOSU
    • 22-07-2022, 15:03
    • 380

Göygöldə dəhşətli hadisədə ölən 30 yaşlı Bünyadın FOTOSU

İyulun 20-də Göygöl rayonunun Çaylı kəndi ərazisində ağır yol qəzasının baş verməsi barədə xəbər vermişdik.

New24.az-ın məlumatına görə, qəzada ölən rayon sakini 30 yaşlı Bünyad Səməd oğlu Həsənov gecə saatlarında evə gedirmiş.

O, idarə etdiyi “VAZ-21011” markalı avtomobili yolun kənarında dayanan “KamAZ” markalı avtomobilin qoşqusuna vurub. Nəticədə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə ilə bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır. Hadisə zamanı dünyasını dəyişən Bünyad Həsənovun fotosunu təqdim edirik: