Ağdamda faciəvi hadisə - ÖLƏN VAR
    • 26-07-2021, 14:13
    • 431

Ağdamda faciəvi hadisə - ÖLƏN VAR

İyulun 25-də saat 1 radələrində Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisində ağır yol qəzası baş verib.

Mirəşenli kənd sakini A.Quluyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən qəsəbə sakini İlham Cəfərovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Ağdam RPŞ tərəfindən araşdırma aparılır. /Publika.az/