Liderlərin unuda bilmədiyi sevgiləri:Nakam və xoşbəxt anlar
    • 24-12-2018, 10:17
    • 681

Liderlərin unuda bilmədiyi sevgiləri:Nakam və xoşbəxt anlar

Sevgi sərhəd tanımır. Öz öz uğuru və uğursuzluğu ilə hər kəsi, hər yerdə yaxalaya bilər.  Hətta böyük-böyük dövlətləri idarə edən şəxsləri də...

Tanınmış siyasi simalar-liderlərin yaşadıqları uğursuz sevgilər haqqında yazını təqdim edirik:

Çe Gevara – Günlərin birində inqilabi  ideyalarına ruhən bağlanan və şəxsi həyatından tamamilə uzaqlaşan Çe bir zamanlar çox sevdiyi həyat yoldaşı Hildadan ayrılır. O, azyaşlı qızı və xanımı Hildanı soyuqqanlı şəkildə, heç nə olmamış kimi qatarla yola salır. Hilda balaca qızı Biatrisi götürərək Peruya gedir. Sonradan bu hadisəni məktublarında belə əsaslandırır: "Düşüncələrimiz ayrı-ayrı idi, mən o zaman yeni üfüqlərin xəyalını quran bir anarxist idim”.

Bu ayrılıq inqilabçını ictimai həyata daha da kökləyir. Amma özündə nisbətən şair ruhu gəzdirən Gevara çox keçmir ki, yenidən aşiq olur. Bu xanım gələcəkdə onun dörd uşağının anası olacaq Aleida idi. Aleida Çenin təklifini həmən qəbul etmir. Onlar arasında məktublaşma çox davam edir.

Amma ruhən  bir-birlərinə yaxın olan bu iki insan çox keçmədən birləşə bilirlər. Çünki Aleidaya sevgi yaranan zaman Çe inqilabi fəaliyyətinin və azadlıq mücadiləsinin ən pik nöqtəsində idi. Bütün Kuba eləcə də,  Latın Amerikası azadlıq hərəkatlarının mücahidləri kimi yetişirdi. Bunlardan  biri də Aleida idi. Çe Aleidaya göndərdiyi sevgi məktublarında başdan-başa bu azadlıq uğrunda mübarizədən və bir gün nə olursa olsun ona çatacaqlarından bəhs edirdi. Beləcə inqilabçı xanımın könlünü alan inqilab lideri azadlıq hərəkatı bitəndən sonra onunla evlənir. Amma bu zaman da o, şəxsi həyatına diqqət edə bilmir. Çünki hərəkatdan sonra onun əsas ideyalarını yaymaq və vacib görüşlər keçirmək üçün Çe bir gün qəfil evini tərk edir.

Aleida Gevaranın əsas ömür gün yoldaşı kimi onun ölümündən sonra da çox iş gördü. Çe Gevara kommunizm rejiminin bəzi riyakarlıqlarından bezərək ideyaları təbliğ etmək üçün 1965-ci ildə Kubanı tərk edəndə yalnız buraxdığı iki məfhum var idi – biri Kuba Azadlıq Hərəkatı, o biri də Adeleida. Fidel Kastroya yazdığı vida məktubunda da Çe Gevara  bunu qeyd etmişdi.

Uinston Çörçil -   Uinstonun beynəlxalq siyasi aləmdə tanınan "Ser Çörçill” səviyyəsinə çatması məhz,  onun böyük sevgisindən sonra başlayır. Aradan uzun zaman keçəcək və artıq 80 yaşı adlayan Çörçill müsahibələrinin birində deyəcək ki, onun taleyində  ən şanslı məqam Klementə ilə evlənməsi, ən uğurlu addımı isə ona evlilik təklifinin etməsidir.

Çörçillərin müharibə başlanana qədər  iki övladı Diana və Rudolf artıq anadan olmuşdu. Qızı Sara isə 1914-cü ildə dünyaya gəldi. Birinci dünya müharibəsi başlandığı ildə Çörçill hərbi  dəniz naziri işləyirdi. Tez-tez ailəsinə məktublar yazır, uşaqları və xanımına sevgisini bildirirdi. Çünki atası bunların heç birini etmədiyindən o da övladlarına öz aqibətini yaşatmaq istəmirdi.

Hərbi dəniz naziri Klementeyə yazdığı məktubların birində deyir: "İşlərin ardı arası kəsilmir. Hər gün daha da çoxalır. Bu səbəbdən bazar günü sizi görmək planımda deyil. Amma sevgilim, üzünü öpmək və yumşaq yanaqlarına  toxunmaq arzusundayam”.

Xanım Çörçill demək olar ki, hər zaman ona stimul verir. Hətta Çörçilin üzləşə biləcəyi fəsadları da qabaqcadan hiss edir. Bir gün Çörçill hərbi dəniz naziri olan zaman hərbi təyyarələrdə uçmağı sınamaq istəyir. Pilotlar bu təhlükəli işdən naziri nə qədər çəkindirməyə çalışsalar da inadından dönmür. Elə bir ərəfə ki, Çörçillin ən yaxın dostu bir həftə qabaq təyyarə qəzasında dünyasını dəyişmişdi. Amma üçüncü övladı Saraya hamilə olan Klementə yeganə adam olur ki, Çörçilli öz fikrindən daşındırır. Ən maraqlı məqam ondan ibarətdir ki, Çörçillin uçmaq istədiyi təyyarə təcrübə zamanı qəzaya uğrayır və pilotların hamısı dünyasını dəyişir.

Uinstonun beynəlxalq siyasi aləmdə tanınan "Ser Çörçill” səviyyəsinə çatması məhz,  onun ailə qurmasından sonra  başlayır. Aradan uzun zaman keçəcək və artıq 80 yaşı adlayan Çörçill müsahibələrinin birində deyəcək ki, onun taleyində  ən şanslı məqam Klementə ilə evlənməsi, ən uğurlu addımı isə ona evlilik təklifinin etməsidir. Amma bunu çox sonralar deyəcək. Hələlik isə təzə evləndiyi zamanlara, yəni I Dünya müharibəsinin başladığı illərə qayıdaq.

Çörçillərin müharibə başlanana qədər  iki övladı Diana və Rudolf artıq anadan olmuşdu. Qızı Sara isə 1914-cü ildə dünyaya gəldi. Birinci dünya müharibəsi başlandığı ildə Çörçill hərbi  dəniz naziri işləyirdi. Tez-tez ailəsinə məktublar yazır, uşaqları və xanımına sevgisini bildirirdi. Çünki atası bunların heç birini etmədiyindən o da övladlarına öz aqibətini yaşatmaq istəmirdi.

Hərbi dəniz naziri Klementeyə yazdığı məktubların birində deyir: "İşlərin ardı arası kəsilmir. Hər gün daha da çoxalır. Bu səbəbdən bazar günü sizi görmək planımda deyil. Amma sevgilim, üzünü öpmək və yumşaq yanaqlarına  toxunmaq arzusundayam”.

Xanım Çörçill demək olar ki, hər zaman ona stimul verir. Hətta Çörçilin üzləşə biləcəyi fəsadları da qabaqcadan hiss edir. Bir gün Çörçill hərbi dəniz naziri olan zaman hərbi təyyarələrdə uçmağı sınamaq istəyir. Pilotlar bu təhlükəli işdən naziri nə qədər çəkindirməyə çalışsalar da inadından dönmür. Elə bir ərəfə ki, Çörçillin ən yaxın dostu bir həftə qabaq təyyarə qəzasında dünyasını dəyişmişdi. Amma üçüncü övladı Saraya hamilə olan Klementə yeganə adam olur ki, Çörçilli öz fikrindən daşındırır. Ən maraqlı məqam ondan ibarətdir ki, Çörçillin uçmaq istədiyi təyyarə təcrübə zamanı qəzaya uğrayır və pilotların hamısı dünyasını dəyişir.

İosif Stalin - İlk dəfə 1904-cü ildə gürcü əsilli Yekaterina Svanidze ilə ailə həyatı qurub. İlk evliliyin ömrü çox qısa olub. Yekaterina 1907-ci ildə vərəm xəstəliyi səbəbindən dünyasını dəyişib. İlk nikahdan Yakov adlı oğlu olub ki, sonradan onun barəsində yaranacaq  müharibə əfsanələri ilə daha da məşhurlaşıb. Bu həmin Yakov idi ki, əsir düşən zaman Stalin "bir əsgəri heç vaxt feldmarşala dəyişmərəm” deyərək doğma oğlunun ölümünə səbəb olmuşdu.

O zaman almanlar Yakovu əsir götürərək, onu alman ordusunun feldmarşalı Paulyusla dəyişməyi təklif etsələr də, Stalin oğlunun ölümü ilə nəticələnən qərar qəbul edib.

Stalin ikinci dəfə 1919-cu ildə evlənib. İkinci həyat yoldaşı milli məsələlər üzrə Xalq Komissarlığında çalışan Nadejda Alliluyeva idi. Nadejda elə bu səbəbdən soyadını dəyişdirmir. Əslən bakılı olan bu xanımla rəsmi nikah 1919-cu il martın 24-də bağlanıb. Bu nikahdan iki uşaq – Vasili və Svetlana dünyaya  gəlib. Vasili Böyük Vətən müharibəsi illərində general-leytenant kimi SSRİ-nin müxtəlif nöqtələrinin, eləcə də Moskvanın havadan müdafiəsində böyük xidmətlər göstərib. Stalinin vəfatından sonra həbs olunan Vasili 1960-cı ildə azadlığa çıxsa da,  çox yaşamıb. Elə həmin il də dünyasını dəyişib. Qızı isə məcburiyyət qarşısında qalaraq, 1967-ci ildə Amerika səfirliyindən siyasi sığınacaq istəyərək, orada yaşayıb.

//Moderator.az