Qəzada xəsarət alan 21 nəfərə tibbi yardım göstərilib - TƏBİB
    • 24-07-2022, 12:04
    • 373

Qəzada xəsarət alan 21 nəfərə tibbi yardım göstərilib - TƏBİB

Goranboy rayonunun Qaramusalı kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanlardan 3 nəfər hazırda Goranboy Rayon Mərkəzi Xəstəxanasında yüngül bədən xəsarətləri ilə müalicəsini davam etdirir.

Bu barədə News24.az-a TƏBiB-dən bildirilib.

Məlumata əsasən, onların vəziyyətləri qənaətbəxşdir və müalicələri davam etdirilir.

Bildirilir ki, 21 nəfərə isə zəruri tibbi yardım göstərilərək, ambulator müalicə üçün evə buraxılıblar.