-
- 25-07-2022, 10:52
- 305
Maşınla vurulan piyada xəstəxanada həyatını itirdi
Biləsuvar rayonunda avtomobil piyadanı vuraraq öldürüb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, hadisə iyulun 24-də saat 1 radələrində rayonun Cəbrayıl qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, Cəlilabad rayon sakini Qadir Qasımov avtomobillə vurulub. Xəsarətlə xəstəxanaya yerləşdirilən piyada oarada ölüb.
Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “VAZ-2106” markalı avtomobillə törədilməsi müəyyən edilib. Həmin nəqliyyat vasitəsini idarə edən Beyləqan rayon sakini S.Əlizadə saxlanılıb.
Araşdırma aparılır.