Yeniyetmələr 65 manata görə iki qadını öldürüb evi yandırdı - YENİ DETALLAR
    • 27-07-2022, 14:23
    • 1 013

Yeniyetmələr 65 manata görə iki qadını öldürüb evi yandırdı - YENİ DETALLAR

İki gün öncə Tovuzda törədilən cinayətin bir sıra detalları məlum olub.

News24.az xəbər verir ki, cinayəti törədənlərdən Elcan Bağırov daha əvvəl oğurluğa görə məhkum olunub. Hazırda onun üzərində azadlığın məhdudlaşdırılması cəzası var.

Məlumata görə, həmin şəxslər gecə saat 02:00-da evə giriblər. 

Evdə qonaq olan H.Cabbarova onları görüb, aralarında mübahisə yaranıb. 

Birinci H.Cabbarovanı, daha sonra digər şəxsi bıçaqla öldürüblər. Daha sonra izi itirmək məqsədilə evi yandırıblar.

***

10:51

Tovuzda 2 gün əvvəl iki qadının yandığı evdə baş verən yanğın qəsdən törədilib. 

News24.az xəbər verir ki, polis və prokurorluq əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanğının təsadüfən baş vermədiyinə dair şübhələr yaranıb.

Daxili İşlər Nazirliyinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovdan aldığımız məlumata görə, oğurluq məqsədilə evə daxil olan 19 yaşlı E.Bağırov və onun 17 yaşlı Quliyev soyadlı tanışı hər iki qadını bıçaqla qətlə yetirərək, evdən 65 manat, qızıl sırğa və mobil telefon götürüblər. Daha sonra onlar evi yandırıblar.

Həmin şəxlər polis tərəfindən saxlanılaraq istintaqa təhvil veriliblər. Onlara qarşı cinayət işi başlanıb. İstintaq davam edir.

Polisdən onu da əlavə edib ki, ev sahibi Ü.Quliyeva tək yaşayıb. Onun övladlarından biri hazırda həbsdədir, digəri isə illər əvvəl dünyasını dəyişib. Digər ödürülən qadın isə onun qonşusu Həqiqət Cabbarova olub.