-
- 24-12-2018, 15:44
- 810
“İlham Əliyev on beş illik prezidentlik dövrünün uğur salnaməsi. 2003-2018” filminin və kitabının təqdimat mərasimi keçirilib
Dekabrın 24-də Heydər Əliyev Mərkəzində “İlham Əliyev – on beş illik prezidentlik dövrünün uğur salnaməsi. 2003-2018” adlı filmin və kitabın təqdimat mərasimi keçirilib.
Əvvəlcə Prezident İlham Əliyevin on beş illik fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Tədbirdə çıxış edən Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini -icra katibi Əli Əhmədov ölkəmizin müasir dövrdəki nailiyyətlərinin Prezident İlham Əliyevlə bağlı olduğunu vurğulayıb. On beş il ərzində həyatın bütün sahələrində böyük irəliləyişlər baş verdiyini, möhtəşəm uğurlar qazanıldığını diqqətə çatdıran Əli Əhmədov qeyd edib ki, ölkəmiz coğrafi baxımdan kiçik əraziyə malik olsa da, həyata keçirdiyi qlobal layihələr sayəsində dünyanın humanitar, enerji, nəqliyyat, idman mərkəzlərindən birinə çevirib. Bu gün Azərbaycan, sözün həqiqi mənasında, öz inkişafının qızıl əsrini yaşamaqdadır və bu dövr hələ uzun müddət davam edəcək. Xalqımız bundan sonra da taleyini Heydər Əliyev siyasəti ilə, bu kursu uğurla davam etdirən Prezident İlham Əliyevlə bağlayacaq. Azərbaycanı Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük nailiyyətlər gözləyir.
“İlham Əliyev – on beş illik prezidentlik dövrünün uğur salnaməsi. 2003-2018” filminin ssenari müəlliflərindən və eyniadlı kitabın tərtibçi müəlliflərindən biri, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxışında qeyd edib ki, 15 illik uğurların əsasında Prezident İlham Əliyevin Ümummilli Liderin kursuna sədaqətli obrazı dayanır. Ümummilli Liderin kursuna sədaqətlə xidmət etmək, onu qətiyyətlə həyata keçirmək bu uğurların başlıca təməlidir. Prezident İlham Əliyev dünya okeanına çıxışı olmayan Azərbaycanı dünyanın nəqliyyat, logistika mərkəzinə çevirib. Dövlətimizin başçısı dünya liderləri sırasında qlobal düşüncəsi, beynəlxalq aləmdə baş verən hadisələrə sistemli yanaşması, qətiyyəti, prinsipiallığı, insanpərvərliyi, humanistliyi ilə seçilir. Bütün bu keyfiyyətlər Azərbaycanın hər bir sahədə yüksək inkişafını təmin edir.
Əli Həsənov filmin və kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Filmin ssenari müəllifləri Əli Həsənov və Arif Alışanovdur. Kitabın buraxılışına məsul Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, tərtibçi müəllifləri Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin İdarə Heyətinin sədri Aslan Aslanovdur. Kitaba "Ön söz"ü tarix elmləri doktoru, professor Əli Həsənov yazıb.
“İlham Əliyev – on beş illik prezidentlik dövrünün uğur salnaməsi. 2003-2015” kitabı bu tarixi və olduqca zəngin bir dövrə işıq salır. Nəşrin əsas məziyyətlərindən biri minimum sözlə maksimum məna ifadə etməsi, sanballı fikir yükü daşımasıdır. Azərbaycan Prezidentinin cild-cild kitablar, çoxsaylı tədqiqatlar üçün mövzu ola biləcək çoxşaxəli fəaliyyəti nəşrdə yığcam, eyni zamanda, dolğun əksini tapıb. Dərin ümumiləşdirmə və təhlil, elmi-praktik yanaşma nəticəsində Prezident İlham Əliyevin 15 illik titanik dövlətçilik fəaliyyətinin diqqətçəkən salnaməsi, Azərbaycanın müasir tarixinin çox parlaq bir dövrünün dolğun mənzərəsi yaradılıb.
//AZƏRTAC