Sevil və Sevincdən Dadaşovaya cavab: "Biz "soxulcan" deyilik" -VİDEO
    • 24-12-2018, 17:25
    • 1 878

Sevil və Sevincdən Dadaşovaya cavab: "Biz "soxulcan" deyilik" -VİDEO

Müğənnilə Sevil və Sevinc Səfərovalar son zamanlar Brilliant Dadaşova ilə yaşadıqları qalmaqala aydınlıq gətirib.

News24.az xəbər verir ki, ARB TV-də yayımlanan “Səhər səhər” verilişinə qonaq olan əkiz bacılar B.Dadaşovanın bacısı Lalə Dadaşovanın onları “soxulcan” adlandırmasına cavab verib:

“Onlar yaşda bizdən çox böyükdürlər. Onun dediyi sözlər hansısa düzgünlük ola bilər, amma Allah məni soxulcan olaraq deyil, insan olaraq dünyaya gətirib. 

Haradasa kimsə onları öyrədib, amma bizi heç kim heç bir şeyə məcbur edə bilməz. Öz ağlımız var. Kiminsə sözünə qulaq asıb, yaşda böyük olan biri haqda hörmətsizlik etmərəm. 

Təbii ki, süjetə baxan tamaşaçılar düşünə bilər ki, qızlar gündəmə gəlmək üçün bunu edib. Biz öz mahnılarımız, duet ortaqlarımız və işlərimizlə gündəmdə olmaq istəyirik. Brilliant xanımla gündəm yaratmaq istəmərik. Biz heç kimə söz atmamışıq. 

Şou xarakterli verilişlər var. Həmin verilişlərdə özümü ağıllı aparıb suallara ciddi cavab verə bilmərəm. Elə format var ki, orada əylənə, zarafat edə bilərsən. 

Proqramda bizdən hansı sənətçinin öz yaşını gizlətdiyi soruşuldu. Biz isə dəqiq demək ki, bilirik. Sadəcə eşitmişik dedik. 

Burada hörmətsizlik və tərbiyəsizlik yoxdur. Heç kimin insanlığını açlatmamışıq. Deyirlər ki, Brilliant xanım bizi tanımır. Ola bilər, amma biz onun həm sınıtini həm də özünü çox sevirik. Dəfələrlə əyləşib çörək kəsmişik. Bərabər qastraollarda da olmuşuq. Yenə də Lalə və Brilliant xanımı görəndə qarşılarında baş əyəcəyəm”.

Teymur MƏMMƏDOV