Bakıda yaşayış binasında yanğın olub
    • 30-07-2022, 00:12
    • 356

Bakıda yaşayış binasında yanğın olub

Bakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsinin pilləkən qəfəsində 8 ədəd elektrik sayğacı və 5 p.m elektrik kabeli yanıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a bildirilib ki, mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.