Doqquzmərtəbəli bina yandı
    • 8-08-2019, 22:03
    • 1 016

Doqquzmərtəbəli bina yandı

Bakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın olub.
News24.az -ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, binanın xarici divarına quraşdırılan elektrik lövhəsində 25 ədəd sayğac, 1 ədəd elektrik açarı və 70 p.m çıxış kabeli yanıb. 
Mənzillər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.