Dənizdə boğulan şəxsi həkimlər həyata qaytarıb - FOTO
    • 30-07-2022, 07:30
    • 267

Dənizdə boğulan şəxsi həkimlər həyata qaytarıb - FOTO

Bakının Sabunçu rayonunda dəniz kənarında ad günü mərasimi təşkil edən şəxs dənizdə boğulub.

Hadisə Nardaran çimərliyində qeydə alınıb.

1991-ci il təvəllüdlü Müşviq İsmayılov dənizdə çimərkən boğulub. Yaxınları onu ölmüş zənn edib. O, təcili tibbi yardım xidməti vasitəsilə 1 nömrəli xəstəxanaya yerləşdirilib. Reanimatoloqlar onu həyata qaytara bilib./APA/