Narkotik çəkib avtomobil sürən şəxs HƏBS EDİLDİ
    • 30-07-2022, 14:52
    • 482

Narkotik çəkib avtomobil sürən şəxs HƏBS EDİLDİ

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Masallı rayonu ərazisində Zəngilan rayon sakini Rauf Hüseynovun idarə etdiyi “Toyota” markalı avtomobil saxlanılıb.

Nazirliyin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edilib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə protokol tərtib olunub.

Masallı rayon məhkəməsinin qərarı ilə R.Hüseynov iyulun 29-da inzibati həbs edilib.