Tovuzda iki qadını öldürüb yandıran şəxslərin daha bir cinayətləri məlum oldu
    • 1-08-2022, 12:14
    • 332

Tovuzda iki qadını öldürüb yandıran şəxslərin daha bir cinayətləri məlum oldu

Tovuz Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən qəsdən adam öldürdüyünə görə tutulan E.Bağırovun, Q.Quliyevin və oğurluq etdiyinə görə tutulan A.Tağıyevin daha bir cinayət əməli üzə çıxıb.

DİN-in mətbuat ximətindən News24.az-a verilən xəbərə görə, onların ətrafında aparılan əməliyyat tədbirləri ilə onların Məşədilər kənd sakini S.Səfərovla birgə iyulun 5-də İbrahimhacılı kəndindəki daha bir evdən pul və 1500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaları və evi yandırmaları da müəyyən olunub.

Qeyd edək ki, adı çəkilən şəxslər ötən ay Tovuzda iki qadını öldürüb yandırmaqda ittiham olunur.