Qanunsuz ov edən şəxs cəzalandırıldı
    • 1-08-2022, 13:52
    • 318

Qanunsuz ov edən şəxs cəzalandırıldı

Qızılağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın ərazisində ov edən şəxs saxlanılıb.

News24.az xəbər verir ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, araşdırma zamanı brakonyerin Masallı rayon sakini İmanverdi Orucov olduğu müəyyən edilib, ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb və barəsində qanunamüvafiq tədbir görülüb.

“Milli parkın Kiçik Körfəz adlanan ərazisində keçirilən nəzarət tədbirləri zamanı isə su hövzəsindən 1950 metr uzunluğunda sintetik tor yığışdırılıb”.