-
- 1-08-2022, 15:13
- 384
Azərbaycanda tanınmış biznesmenin öldüyü hadisənin TƏFƏRRÜATI - FOTO
İyulun 28-də Xaçmaz rayonunda tanınmış biznesmen və daha bir nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzasının təfərrüatı məlum olub.
News24.az-ın əldə etdiyi məlumata görə, hadisə iş adamı, 1962-ci il təvəllüdlü Cəlil Çilan oğlu Güləhmədovun idarə etdiyi “Toyota Prado” markalı avtomobillə Xaçmaz-Quba yolunun 4-cü kilometrliyində dönmə manevri edərkən baş verib.
Belə ki, iş adamı Quba istiqamətində, Armudpadar kəndi ərazisində avtomobili sola döndərmək istəyib və bu məqsədlə maşını yolun ortasında saxlayaraq əks tərəfdən gələn “KamAZ” a yol vermək istəyib.
Bu zaman 1985-ci il təvəllüdlü Quliyev Zaur Nüsrət oğlu idarə etdiyi “BMW” markalı maşınla Cəlil Güləhmədovun sürdüyü maşını arxadan vurub. Nəticədə C.Güləhmədovun avtomobili hərəkətə gələrək qarşı zolağa çıxıb və əks tərəfdən gələn Qəmbər Aydəmirovun sürdüyü “KamAZ”la toqquşub. Yük maşını iş adamının sürdüyü “Prado”nu sürüyərək yolun kənarına çıxarıb.
Hadisə nəticəsində C.Güləhmədov hadisə yerində, onun avtomobilini vuran Zaur Quliyev isə xəstəanada ölüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Qeyd edək ki, qəzada vəfat edən C.Güləhmədov şimal bölgəsində geniş fəaliyyət göstərən iş adamlarından olub və “Şahdağ Cəlil” adı ilə tanınıb. O, topdan satış fəaliyyəti ilə məşğul olub.