“Qarabağ”ın oyununa 28 min bilet satılıb
    • 1-08-2022, 15:32
    • 622

“Qarabağ”ın oyununa 28 min bilet satılıb

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ” və Macarıstan “Ferentsvaroş”u arasında keçiriləcək ilk oyun üçün 28 min bilet satılıb. 

News24.az xəbər verir ki, hazırda satışda yalnız 50 və 75 manatlıq biletlər qalıb. 

5, 10 və 20 manatlıq biletlər isə hamısı satılıb. 

Qeyd edək ki, “Qarabağ” – “Ferentsvaroş” oyunu avqustun 3-ü saat 20:00-da başlayacaq. Matç Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.