“Qarabağ”ın oyununa biletlər bitdi
    • 19-07-2022, 14:56
    • 290

“Qarabağ”ın oyununa biletlər bitdi

“Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində İsveçrə “Sürix”i ilə evdə keçirəcəyi oyunun biletlərinin hamısı satılıb. 

News24.az xəbər verir ki, bu haqda Ağdam klubunun Baş meneceri Asif Əsgərov məlumat yayıb.

O qeyd edib ki, biletlər artıq bitib. 

Qeyd edək ki, sözügedən oyun saat 20:00-da başlayacaq. Komandalar arasında cavab görüşü 1 həftə sonra İsveçrədə olacaq.